Arınç Davudoğlu ilə Babacana səsləndi - "Ümid edirəm ki..."

Türkiyə parlamentinin sabiq başqanı Bülent Arınç sabiq Baş nazir Əhməd Davudoğlu ilə sabiq nazir Ali Babacanın yeni partiya qurmasına qarşı çıxıb.

Strateq.az xəbər verir ki, o, adıçəkilən nüfuzlu şəxslərin hakim AKP-dən ayrılmalarının doğru olmadığını deyib: “Hər zaman bunu dedim: mən AKP-nin qurucuyam. Bu partiya 18 yaşına daxil olub. Həyatım boyunca bu partiyada qalacam, ona xidmət edəcəyəm. AKP-dən ayrılaraq, yeni partiya quranlara gəldikdə isə, onlar yalnış yoldadırlar. Onlara bunu demək istəyirəm. Bundan savayı, əlimdən heç nə gəlmir”.

Arınç deyib ki, həm Babacan, həm də Davudoğlunun AKP ilə mübarizəyə qalxmalarını istəmir: “Onların hər ikisinin AKP-də böyük xidmətləri var. Bu partiyanın uğurlarında onların payı şübhəsizdir. Çox dəyərli insanlardır. Könül deyir ki, ayrılmasınlar, başqa partiya qurmasınlar. Çox istərdim ki, onlar yenidən AKP-yə xidmət etsinlər. Onlardan gözləntimiz budur. Hörmətli prezidentimiz də onları çox sevir, zaman-zaman görüşürlər. Ümid edirəm ki, biz qarşı-qarşıya gəlmərik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar