"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə salıb

“Azəriqaz” istehsalat Birliyi Göyçay, Ucar, Zərdab rayonlarında nəzərdə tutulmuş təmir işlərini təxirə salıb.

Bu barədə qurumun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir ki, bu səbəbdən də qeyd edilən rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatının 2 gün müddətinə dayandırılması təxirə salınıb.

Xatırladaq ki, “Azəriqaz” Göyçay, Ucar, Zərdab rayonlarının bəzi ərazilərində Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz kəmərində aparılacaq təmir işlərinə görə qaz təchizatının bu gün saat 10:00-dan etibarən 2 gün müddətinə dayandırılması ilə bağlı elan vermişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar