İdarə rəisini intim videoları ilə şantaj edən iş adamının məhkəməsi olub - FOTO

Hədə-qorxu ilə pul tələb etməkdə və dələduzluqda təqsirləndirilən iş adamı hakim önünə çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1974-cü il təvəllüdlü Cabbarov Elşən Mürsəl oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə Elşən Cabbarov Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu şantaj etməkdə və dələduzluqda ittiham edilir.

Belə ki, ilkin məlumata görə Cabbarov idarə rəisinin intim videogörüntülərini əldə edib. Bununla da rəisi şantaj edərək ayda 7 min manat pul alıb.

Aylıq 7 min manatdan əlavə isə nağd olaraq idarə səsindən 110 min manat pul aldığı bildirilən Cabbarova qarşı iki ağır maddə ilə ittiham irəli sürülüb.

Cabbarov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

Bu işdə Cabbarovla əlbir olmaqda suçlanan Təbriz Əsədov, Məmməd Cəfərov, Elza Bunyatova və Şüşəxanım Qədirova da məsuliyyətə cəlb edilib.

Həbs edilən iş adamının Salyan rayonu, Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manatlıq dələduzluq etdiyi də bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar