SOCAR 2019-cu ilin II rübündə hasilat səviyyəsini sabit saxlamağa nail olub

Dərc olunub: 17/08/2019 - 17:39

6d99ad06-7613-4639-a0fb-de41981d671f2019-cu ilin II rübündə SOCAR öz imkanları hesabına müstəqil olaraq 1,928 mln ton neft, 1,672 mlrd kubmetr qaz hasil edərək, hasilat səviyyəsini əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit saxlamağa nail olub.
Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit qalması üçün həyata keçirilən kompleks tədbirlər planın icrası davam etdirilmiş, istismardan çıxarılmış bir sıra köhnə quyuların fəaliyyəti bərpa olunub, yeni quyular qazılmayıb, ümumilikdə qazma işlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən artırılıb. Cari ilin ikinci rübündə şirkət üzrə 41 593 metr qazma işi aparılıb.
Hesabat dövründə SOCAR tərəfindən, AÇQ üzrə mənfəət nefti də daxil olmaqla 4 911,586 min ton xam neft, 172,292 mln kubmetr təbii qaz, 604,6 min ton neft və neft kimya məhsulları ixrac edilib. Xam neftin ixracında azalma müşahidə edilsə də, neft və neft kimya məhsullarının ixracında 48% artım qeydə alınıb. Bu isə xam neftin və qazın ixracında azalmaya səbəb olan amillərdən birinin də daha çox məhsulun emala yönəlməsi olduğunu göstərir.
II rübdə, Azərbaycanın digər hasilatçı şirkətləri daxil olmaqla, ölkə üzrə ümumilikdə 9,061 mln ton neft, 8,238 mlrd kubmetr qaz hasil edilib. Dövr ərzində ölkədən 2 421,574 mln kubmetr təbii qaz ixrac edilib. Təbii qazın ixracında Cənub Qaz Dəhlizinin işə düşməsi ilə əlaqədar olan artım ötən ilin müvafiq dövrünə nisbətən təqribən 37% təşkil edib.








loading...


Fikrinizi bildirin