“Sumqayıt” Qəbələ səfərində qalib gəlib

Dərc olunub: 17/08/2019 - 22:21

275d5831da3b158Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçirilib.

APA-nın məlumatına görə, I turun ikinci oyun günündə diqqətlər Qəbələyə yönəlib.

Ötən mövsüm Azərbaycan kubokunun finalında qarşılaşan komandalar – “Qəbələ” və “Sumqayıt” Premyer Liqada ilk oyunlarına çıxıblar. Qəbələ şəhər stadionundakı görüşün taleyi ilk 45 dəqiqədə həll olunub. Meydan sahiblərinin qapısından iki qol keçirən Mehdi Şərifi “Sumqayıt”a üç xal qazandırıb.

“Qırmızı-qaralar” fasilədən sonra oyunda dönüş yaratmaq üçün irəli atılsalar da, hesab dəyişməz qalıb.

Qeyd edək ki, turun dünənki ilk oyununda “Qarabağ” “Keşlə”ni 1:0 hesabı ilə məğlub edib. Sabah “Səbail” – “Zirə”, ertəsi gün “Neftçi” – “Sabah” matçları baş tutacaq.

Azərbaycan Premyer Liqası

I tur

17 avqust

19:00. “Qəbələ” – “Sumqayıt” – 0:2

Qollar: Mehdi Şərifi, 12, 28

Baş hakim: Rauf Cabbarov

Qəbələ şəhər stadionu








loading...


Fikrinizi bildirin