“Liverpul”la “Arsenal” 2-ci qələbəsini qazanıb, "Mançester Siti" xal itirib

İngiltərə Premyer Liqasında II tura start verilib.

APA-nın məlumatına görə, turun ilk oyun günündə 7 qarşılaşma baş tutub.

Son çempion “Mançester Siti” “Tottenhem”i qəbul edib. Məhsuldar keçən görüşdə 4 qol vurulub. Qarşılaşma heç-heçə ilə başa çatıb – 2:2.

Vitse-çempion “Liverpul” səfərdə “Sauthempton”a qalib gəlib və itkisiz irəliləyir. Liderə şərik olan “Arsenal” ikinci qələbəsini “Bernli” üzərində qazanıb.

Qeyd edək ki, tura avqustun 19-da yekun vurulacaq.

İngiltərə Premyer Liqası

II tur

17 avqust

“Arsenal” – “Bernli” – 2:1

Lakazett, 13, Obameyanq, 64 – Barnes, 43

“Aston Villa” – “Bornmut” – 1:2

Luis, 71 – Kinq, 2 (pen.), Vilson, 12

“Brayton” – “Vest Hem” – 1:1

Trossar, 64 – Ernandes, 61

“Everton” – “Uotford” – 1:0

Bernard, 10

“Norviç” – “Nyukasl” – 3:1

Pukki, 32, 63, 75 – Şelvey, 90

“Sauthempton” – “Liverpul” – 1:2

İnqs, 83 – Mane, 45, Firmino, 71

“Mançester Siti” – “Tottenhem” – 2:2

Sterlinq, 20, Aquero, 35 – Lamela, 23, Moura, 56

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar