Ağsuda yüksək gərginlikli elektrik xətlərinin altında yanğın olub

Avqustun 17-si axşam saat 20:00 radələrində Ağsu rayonunun Navahı kəndi ərazisindəki biçilmiş taxıl sahəsində, yüksək gərginlikli elektrik xətlərinin altında yanğın hadisəsi baş verib.

“Report” Yuxarı Şirvan bürosunun məlumatına görə, yanğından dərhal sonra Fövqəladə Hallar Nazirliyinin Ağsu Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və 12 nəfər canlı qüvvəsi hadisə yerinə cəlb olunub.

Yanğın 1 saat ərzində yanğınsöndürənlərin səyi nəticəsində söndürülüb.

Hadisə nəticəsində 1 hektar biçilmiş taxıl sahəsi və kol-kos yanıb, yüksək gərginlikli elektrik xətləri mühafizə olunub.

Yanğının başvermə səbəbləri araşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar