Çin Türkmənistandan Azərbaycana qaz kəmərinin çəkilməsini dəstəklədi

Çin Transxəzər qaz kəmərinin inşasında Avropa İttifaqını (Aİ) dəstəkləmək qərarına gəlib. Virtualaz.org-un məlumatına görə, Aİ və Çin şirkətlər konsorsiumu sərhədləri Xəzər dənizi hövzəsinə daxil olan ölkələrin mövqeyini dəyişdirə biləcək yüksək profilli layihəni həyata keçirməyə hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, planlaşdırılan sualtı qaz kəməri Türkmənistanın Türkmənbaşı şəhərini Azərbaycanın paytaxtı Bakı ilə birləşdirməlidir. Bəzi mənbələrə görə, Qazaxıstandakı Tengiz-dən bir qaz kəmərini şəbəkəyə bağlamaq və onu Türkmənbaşı ilə birləşdirmək də planlaşdırılır. Bu sualtı qaz kəməri təbii qazın Türkmənistan və Qazaxıstandan Azərbaycan vasitəsilə Türkiyə və Gürcüstana, daha sonra isə Avropa İttifaqına üzv ölkələrə nəqlini nəzərdə tutur. Bu boru kəməri həm də Cənub Qaz Dəhlizinin genişləndirilməsinin bir hissəsi hesab olunur.

Qeyd edək ki, ötən həftə Rusiya və İran hökumətləri ətraf mühitin qorunması motivləri əsasında Transxəzər qaz kəmərinin inşasına qarşı çıxıblar.

Edison Technologies GmbH, MMEC Mannesmann GmbH, Air Liquide Global E&C Solutions (AB) də daxil olmaqla Avropa və Çin şirkətlərindən ibarət konsorsium, SINOPEC Mühəndislik Qrupu (Çin) ilə birlikdə 300 km sualtı qaz kəməri çəkmək istəyini bəyan edib. O, 30 il ərzində ildə 30 milyard kubmetr qaz tədarükünü nəzərdə tutur. Bu barədə konsorsium nümayəndələrinin Türkmənistan Nazirlər Kabineti sədrinin neft və qaz məsələləri üzrə müavini Mıratgəldi Meredov və ölkə prezidentinin neft və qaz məsələləri üzrə müşaviri Yagışgəldy Kakaevlə görüşündən sonra açıqlama verilib.

Konsorsium layihə çərçivəsində, boru kəmərinin çəkilməsi ilə yanaşı, zəruri infrastruktur, o cümlədən qaz təmizləyici qurğu və kompressor stansiyaları layihələri hazırlamağa və qurmağa da hazırdır.

Şirkətlər həmçinin lazımi sayda istifadəyə hazır qaz quyuları qazacaqlar.

Qazın, hansı ki, yeni potensial marşrut üzrə Türkmənistandan gedə bilər, əsas alıcısı Avropa olacaq. O, Rusiya və İran qazının alternativi olmaqda maraqlıdır, çünki tədarükü şaxələndirəcək, Aİ-ni köhnə tədarükçülərdən daha az asılı edəcək və qiymətlərin aşağı düşməsinə kömək göstərəcək.

635x100

Şərhlər

Oxucu 2019-08-17 23:19:59

Elə şəstlə bəyanat verirsiniz ki, guya belə bir kəməri çəkməyə başlansa Cin gəlib duracaq dənizin ortasında və deyəcək: ə qorxmayın işinizi görün rus qələt eləyir mən dalınızda durmuşam

Cavan 2019-08-17 23:19:59

Rusiya hansı haqla Xəzərdə qaz kəmərinin çəkilməsinə qarşı çıxa bilər?Bəs özü niyə Baltik dənizində qaz xətti çəkəndə ətraf mühüt yadına düşmür?Ətraf mühüt məsələsi boş şeydir. Rusiya heç öz dövlətinin daxilində ətraf mühitin qayğısına qalmır.Gündə fəlakətli hadisələr baş verir.Hər şeyin başında Azərbaycana olan düşmənçilik durur.Biz bunu nə qədər tez başa düşsək bizim üçün yaxşı olar.

Son yazılar