İsmayıllı və Tərtər sakinlərindən sənədsiz tüfənglər götürüldü

İsmayıllı rayon sakini F.İsayevdən müvafiq sənədləri olmayan tüfəng götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quşencə kənd sakini F.İsayevdən müvafiq sənədləri olmayan 1 ədəd “İJ” markalı tüfəng götürülüb.

Tərtər RPŞ-nin əməkdaşları isə Qaynaq kənd sakini A.Quliyevdən müvafiq sənədləri olmayan 1 ədəd “TOZ-16” markalı tüfəng götürüblər.

Hər iki fakt üzrə araşdırma aparılır.

635x100

Şərhlər

Vətəndaş 2019-08-18 00:02:04

Yenə nə isə gözlənilir.Qarabağ məsələsində də isanlardan ov tüfəngləri yığıldı və insanlar tərksilah olundu.Nəticəsi isə bəllidir.Allah sonrasından qorusun.Hökumətin deyəsən yeni oyunu gözlənilir.

Fuad 2019-08-18 00:02:04

İsmayıllı heç,amma Tərtər sakininin tüfəngi qeydiyyatdan keçirilib sahibinə qaytarılmalıdır, çünki müharibə zonasında yaşayır.

Son yazılar