Portlend şəhəri etirazlara hazırlaşır

Dərc olunub: 18/08/2019 - 00:23

4bŞənbə günü Oreqon ştatının Portlend şəhərində iki müxtəlif nümayiş olacaq. Bu nümayişlərdə yüzlərlə etirazçının iştirak edəcəyi gözlənilir. Ultra-sağçı etirazçıların yürüş keçirdiyi yerdə anti-faşist qrupların onların əleyhinə nümayiş keçirəcəyi gözlənilir.

Portlendin meri Ted Uiler şəhərin dini liderləri və bizneslərlə birlikdə avqustun 17-də Portlenddən nifrətlərini yaymaq platforması kimi istifadə etməyi planlaşdıranlara qarşı xəbərdarlıq edib. “O qruplar burada istənilmir”, o deyib.

Polis cümə günü Patriot Prayer’s (Vətənpərvərin Duası) adlı sağçı qrupun lideri Coi Gibsonu həbs edib. Nəticədə o, sosial mediadakı izləyicilərinə çağırış edib ki, şənbə günü keçirələcək etirazlara on və yüz qat daha çox insan gəlsin.

Mer Uiler deyib ki, Portlendin təxminən 1000 polis zabitinin hamısı səfərbər olacaq. Onlara Oreqon Ştatının Polisi, Federal Təhqiqat Bürosu və digər yerli polis qüvvələri yardım edəcək.

Coi Gibson

Coi Gibson

Yürüşü Cənubi Yoxsulluq Hüquq Mərkəzi tərəfindən nifrət qrupu adlandırılan Proud Boys (Qürur Duyan Oğlanlar) təşkil edib. American Guard (Amerika Keşikçisi), Three Percenters (Üç Faizdəkilər), Oathkeepers (And içənlər) və Daily Stormers (Gündəlik hücumçular) onlara qoşulacaq.

Cənubi Yoxsulluq Hüquq Mərkəzinin sözlərinə görə, American Guard “ağ millətçı qrupdur”, Three Percenters və Oathkeepers “ekstremist”, hökümət əleyhinə milis və Daily Stormers “neo-nasistdirlər”.

Sağçılara qarçı əks yürüş keçirən Portlendin Rose City Antifa adlı yerli anti-faşist qrupudur. Qrup öz üzvlərini küçələrə axışaraq əks yürüş keçirməyə çağırıb.

Antifa son zamanlarda daha böyüyüb. Ekspertlər qrupların mərkəzləşdirilmiş şəkildə təşkil olunmadığını və üzvlərinin siyasətdən tutmuş, irq məsələləri və geylərin haqlarına kimi bir sıra məsələləri müdafiə etdiyini bildirir. Lakin onları qara geyim və üz maskalarından ibarət qeyri-rəsmi formalarından əlavə bir araya gətirən prinsip ağ supremasistlərə qarşı zorakılıq tətbiq etməyə hazır olmaqdır. Bu isə onların həm solçular həm sağçılar tərəfindən tənqid olunmasına səbəb olub.

İyun ayında Portlenddə anti-faşist qrupunun maskalı üzvləri Endi Nqo adlı mühafizəkar blogeri döyüb. Hücumu əks etdirən 30 saniyəlik video bütün ölkənin diqqətini çəkmişdi.

Şəhər rəhbərliyi və sakinlər etirazların ərəfəsində çox gərgindir. Musiqi festivalları və bir çox digəy əyləncəli yay tədbirləri təxirə salınıb. Qaçış marafonunun yolu dəyişdirlib, ərazidəki bir çox biznes həmin vaxt bağlanmağı planlaşdırır (“Amerikanın səsi”).

 






loading...


Fikrinizi bildirin