Qazaxıstanda 5,4 maqnituda gücündə zəlzələ olub

Qazaxıstanın Alma-Atı vilayətində 5,4 maqnituda gücündə zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Respublika Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin rəsmi nümayəndəsi Nursultan Nurəhmədova istinadən RİA "Novosti" məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar Bakı vaxtı ilə 03:07-də qeydə alınıb, episentr Alma-Atıdan 145 km məsafədə yerləşib. Zəlzələnin ocağı 5 km dərinlikdə olub.

Nurəhmədovun sözlərinə görə, dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar