İsrail hərbçiləri 3 dinc fələstinlini şəhid edib

Dərc olunub: 18/08/2019 - 10:14

QEZZAQəzza sektorunda işğalçı İsrail hərbçilərinin açdığı atəş nəticəsində 3 fələstinli şəhid olub.
Bu barədə RİA “Novosti”yə yerli Səhiyyə Nazirliyinin nümayəndəsi Məhəmməd Mahmud bildirib.

“Bu gün səhər “Əl-Əndunisi” xəstəxanasına üç fələstinlinin meyiti gətirilib. Onlar gecə sərhəddə İsrail hərbçiləri tərəfindən öldürülüblər”, – deyə müsahib agentliyə bildirib.

Sionist rejimin hərbçiləri daha əvvəl bildiriblər ki, işğak etdikləri anklavın şimal hissəsində bölücü tikintilərə yaxınlaşmış insanlara qarşı tanklar və döyüş helikopterləri tətbiq edilib.

Bu, artıq avqustun başlanğıcından işğalçı İsrail hərbiçiləri tərəfindən törədilən dördüncü belə
hadisədir.








loading...


Fikrinizi bildirin