Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Dərc olunub: 18/08/2019 - 10:18

9cabc73d-cbc4-4100-9bd5-ac2cf362d0b7Şəmkir rayonunda ölümlə nəticələnən yanğın baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Sarıtəpə kəndində, evdə qeydə alınıb.

Yanğın zamanı, 2 yaşlı Nicat Elmar oğlu Məmmədov ölüb. Onun anası, 1995-ci il təvəllüdlü Mətanət İlqar qızı Məsimova və qadının anası 1964-ci il təvəllüdlü Səltənət Allahverdi qızı xəsarət alıblar. Xəsarət alanlar Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların vəziyyətinin ağır olması səbəbindən hər ikisinin Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi nəzərdə tutulub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.








loading...


Fikrinizi bildirin