Bakıda ev yanıb, 66 yaşlı qadın xilas edilib

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 10 m² sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə huşsuz vəziyyətdə aşkar olunan ev sahibi, 1953-cü il təvəllüdlü Yekavenko Nina Viktorovna yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar