Şəmkirdə sərxoş ər qaynanasının evini yandırıb – 2 yaşlı körpə ölüb

Dərc olunub: 18/08/2019 - 13:08

9cabc73d-cbc4-4100-9bd5-ac2cf362d0b7Şəmkirin Sarıtəpə kəndində sərxoş ər gecə saatlarında sərxoş vəziyyətdə ailə münaqişəsi zəminində qaynanası yaşayan evi yandırıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, bu zaman evdə onun 24 yaşlı həyat yoldaşı Mətanət İlqar qızı Məsimova, 2 yaşlı oğlu Nicat Elmar oğlu Məmmədov və 54 yaşlı qaynanası Səltənət Allahverdi qızı olub.

İki yaşlı körpə aldığı yanıq xəsarətlərindən ölüb. 54 yaşlı qaynana və onun 24 yaşlı qızı ağır vəziyyətdə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyətinin ağır olduğunu nəzərə alan həkimlər ilkin yardımdan sonra ixtisaslaşdırılmış tibbi yardım göstərilmasi üçün onları paytaxta köçürmək qərarına gəliblər.

Ağır vəziyyətdə olan yaralılar xüsusi avadanlıqlarla təhciz edilmiş təcili yardım avtomobili ilə 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq Şöbəsinə çatıdırlıblar. Səltənət Allahverdi qızının bədəninin, 50%, Mətanət İlqar qızı Məsimovanın bədəninin 70% yandığı bildirilir.

Xəstələrə müvafiq tibbi yardım göstərilməsi üçün 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq Şöbəsinə mütəxəssislər dəvət edlib. Səhiyyə Nazirliyi yaralıların müalicəsini nəzarətə götürüb.








loading...


Fikrinizi bildirin