Amerikalı teleaparıcı təyyarə qəzası nəticəsində həlak olub

ABŞ-ın Yeni Orleanın yerli teleaparıcısı Nensi Parker təyyarə qəzası nəticəsində həlak olub.Trend-in məlumatına görə, bu barədə "NBC" telekanalı xəbər verib.

Qeyd olunur ki, hadisə avqustun 16-sı 53 yaşlı N.Parkerin mürəkkəb tryuklar həyata keçirən pilot barədə reportajı verərkən baş verib.

Jurnalistlə birgə reportajın qəhrəmanı da həlak olub.

Kanalın məlumatına görə, Parker işlədiyi müddətdə beş "Emmi" mükafatını alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar