Türkiyədə mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var

Türkiyənin Diyarbəkir şəhərində tikinti materiallarını daşıyan mikroavtobus aşıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, mikroavtobusun qəzaya uğraması nəticəsində 7 nəfər xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Qəza ilə bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar