"HAKİMİYYƏTDƏKİ İDDİALILARIN FACİƏSİ ONDADIR Kİ..." - Qüdrət Həsənquliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini oxucularımıza təqdim edirik.

- Qüdrət bəy, son vaxtlar Sizə qarşı hücumların sayı artıb. Bunu nə ilə əlaqələndirirsiniz?

- Xalq hərəkatının üzə çıxardığı bəzi “debil”lər və onların ətraflarına cəlb etdiyi, yaxud onlara qoşulmuş bəzi tərbiyəsiz elementlər kənar təsirlərlə canlandırılıblar. Hər kəsə aydındır ki, heç bir ciddi siyasi dairə belə ünsürlərlə hansısa ciddi iş tutmaz. Onların bəziləri iqtidara yaxınlaşmaq üçün min bir oyundan çıxsa da rədd edildikləri üçün incik düşüb. Bəziləri iqtidardan qovulmuş, yaxud səhhəti gözləməyə imkan vermədiyindən ali hakimiyyət üçün alışıb-yanan, intellekti və qabiliyyəti uyğun olmadığı halda insani münasibətlərə görə zamanında yüksək vəzifələrə təyin olunmuş, çoxlu çirkli pulları olan məmurlardan söyüş sifarişi alanlar, yaxud ölkənin imicini korlamaq üçün ermənipərəst dairələrin sifarişi əsasında fəaliyyət göstərənlərdir. Biz bu adamların kimliyini açıb ortaya qoyanda başlayırlar artıq-əskik danışmağa. Onları ifşa etməyimizin səbəbi isə odur ki, belələri insanları çaşdırıb xalqımıza ziyan vura bilərlər. Başqa bir səbəb isə onların ictimai-siyasi həyatda mənəvi dəyərləri korlamasıdır.

- Sizi Rusiyanın maraqlarına xidmət etməkdə belə suçlayanlar var...

- Bir az öncə qeyd etdim, ölkənin siyasi həyatında çoxlu sayda qeyri-ciddi, anormal insanlar var. Birinə deyirsən sən PKK-çı terrorçu ilə görüşmüsən və bunun məsuliyyyətini daşımalısan, deyir, mən agent deyiləm.Yaxud deyirlər biologiya üzrə, həm də nəzəri məsələlərə görə Nobel mükafatı verilmir, deyir paxıllıq edirsiniz. Başa düşmür ki, ölkəni biabır edir. Bilirsiniz mən hüquqi psixologiyanı öyrənmişəm, şizofreniyanın ilk əlaməti utancaqlığın və özünü tənqid hissinin itməsidir. Siyasi həyatda belələri çoxdur. Ona görə də bu tip adamların mənim haqqında danışdırılması səfehlikdən başqa bir şey deyil.

- Qüdrət bəy radikal müxalifət iqtidar daxilində hakimiyyət dəyişikliyinə hazırlıqdan danışır. Bu barədə nə deyə bilərsiniz?

- Əvvəla, gəlin onları fitlə hərəkət etdiklərinə görə “fit müxalifəti” adlandıraq. Həmin bu “fit müxalifəti” bir vaxtlar da ölkənin real durumundan çıxış etmək əvəzinə “X” günündən danışırdılar. İndi də qırıq patefon kimi başlayıblar yerlərində fırlanıb təkrarlamağa ki, hakimiyyət ötürülür.

- Bəs nə etməlidirlər?

- İlk növbədə, müxalifət xalqımızın inkişaf səviyyəsini, regional və beynəlxalq vəziyyəti nəzərə alıb real təkliflərlə çıxış etməlidir. Yoxsa kənardan səsləndirilən fitlə hərəkət etməməlidirlər. Anlamalıdırlar ki, yalnız yuxarıdan aparılan islahatlar ölkədə müsbət dəyişikliklərə yol aça bilər. İqtidarı tənqid etmək, xalqı marifləndirmək, amma bütün vasitələrlə iqtidarla qarşıdurmadan yayınmaq lazımdır. Hər hansı toqquşma ölkədəki demokratik inkişafa ciddi ziyan vuracaq. Bu gerizəkalılar isə deyir ki, mitinqə çox adam gəlsə hakimiyyət orqanlarının üzərinə yürüş edəcəyik. Bilirsiniz, bu adamların müxalifətçilik barədə təsəvvürləri çox bəsitdir. Elə fikirləşirlər ki, sən müxalifətdəsənsə bütün hallarda, ölkəyə hansı zərəri vuracağından asılı olmayaraq, hər fürsətdə iqtidarı yıxmağa çalışmalısan. Həqiqətdə isə iqtidara gəlmədən də təkliflərinlə ölkədə demokratiyanın və iqtisadiyyatın inkişafı üçün töhvələr verə bilərsən. Nəticədə, əgər məqsədin hakimiyyətə gəlməklə ölkənin sürətli inkişafını təmin etməkdirsə, həmin inkişaf olacaq və sən də demokratik seçkilərlə, xalq etimad göstərəcəyi təqdirdə hakimiyyətə gələ bilərsən.

- Hakim partiyada həqiqətən lider dəyişikliyi baş verərsə “fit müxalifəti” bundan istifadə edib ölkədə siyasi sabitliyi poza bilərmi?

- Qətiyyən, bu mümkün deyil.Vaxtilə Heydər Əliyev İlham Əliyevi partiyada özünə müavin təyin etməklə kimin varis olacağını müəyyənləşdirdi və bəzi dağıdıcı proseslərin qarşısını aldı. İlham Əliyev də Mehriban Əliyevanı birinci vitse prezident təyin etməklə bu məsələni həll edib. Həm də o dövrlə müqayisədə dövlət institutları çox oturuşub, təxribat imkanları xeyli məhdudlaşıb. Həmin dövrlə müqayisədə hər iki şəxs təbii liderlik keyfiyyətləri ilə yanaşı, böyük idarəetmə təcrübəsi də qazanıblar. “Fit müxalifəti” ilə eyni səviyyədə olan, qayanın gölgəsində gizlənib özünü böyük rəhbər sayan hakimiyyətdəki iddialıların faciəsi ondadır ki, rəqib saydıqları (əsl həqiqətdə nifrət etdikləri) liderlərini lazımınca qiymətləndirə bilmirlər. Əslində mənim bu açıqlamalarım da onları xəbərdar edib, şəxsi faciələrinə yol açacaq böyük fəlakətlərdən çəkindirməkdir. Həmin adamlar xaricdən verilən vədlərə inanmamalıdırlar.

635x100

Şərhlər

Muxtaov 2019-08-18 14:15:21

Hörmətli Azpolitikanın Baş redaktoru xahiş edirik bu yazdığımızı olduğu kimi dərc edin.AR Baş Prokuroruna,DTX,DİN VN bu faktlarla dolu məlumatları təcili çatdırın. Qüdrət bəy sən hansı haqdan-ədalətdən danışırsan?Dünya miqyasında Azərbaycan dövləti sərvətinə görə 1-ci yerdədir.Ancaq Azərbaycanın sərvəti sən başda olmaqla bəzi məmurların əli ilə talanır,z-d və fabriklərin qızıla bərabər dəzgah və avadanlıqları dəyər-dəyməzə satılır,z-d və fabriklər yerlə-yeksan olunur.Sən deputatsan.Bir barmağını qatla görüm bu sahələrdə hansı real addılar atmısan?Ə.....Müəyyən müddət üstündən keçəndən sonra..düşürsüz üstünə ki,dağıtdılar,taladılar.AZNÜFTKİMYAMAŞ kimi nəhəng EB və onun nəzdində olan z-dları və ən əsası da top dağda bilməyən nəhəng SABAYIL MAŞINQAYIRMA ZAVODUNU tarmar elədilər,qızıla bərabər ndəzgahlarını satdılar.İz itsin deyə Əli İsmayılovun əli ilə QARAXANOV kimi nəhəng adamı zəhərləyib öldürdülər.SMZ-da 575 nəhən dəzgah var idi.O dəzgahların dəyəri milyardlara bərabər idi.Hanı o dəzgahlar? Əli İsmayılov və onunla əlbir olub SMZ məhv edənlər unutmasınlar ki,SƏNƏDLƏRİN KÖTÜYÜ və VİDEO-ŞƏKİLLƏR fakt kimi çoxunda durur.Heç bunları araşdıran varmı?Olmaz da.Ona görə ki,Əli İsmayılov 45 ildə yığdığı milyardların bir neçə %-ni Prokurorluq və Vergi orqanlarına verib.

Etibar 2019-08-18 14:15:21

....Hansı sima ilə onu tənqid edənləri o"Tərbiyəsiz","ünsürləür" adlandırır.Onu tənqid edənlərdən biri olaraq,redaksiyadan xahiş edirəm ona mənim cavabımı çatdırın:...Onlarların əqidəsi nədir?......Belələri üçün Vətən və Xalq yad məhvumdur.....

EJDER 2019-08-18 14:15:21

BU ANALOQU OLMAYAN HOKUMETIN NATEMIZ ,UNSUR MEMURLARI ANCAQ YALAN DANIWMAQ VE TALAMAQLA MEWQULDU,QUSARLAR BU WOUMEN YAPCILAR,,WIROKO WAQAYET AZEBIJAN,,LENIN LELIN YOLUN ,QIZIL BAYRAQ ELINDE,CALIWARIQ ,VURUWARIQ ,LENIN BABA SAQ OLSUN ,DORT TEREFI BAQ OLSUN...

Fuad 2019-08-18 14:15:21

Azpolitikaya deyəsən bu bəy sponsorluq edir-çox tez-tez dəvət edirsiniz onu....Naxçıvandan ..... indi "fit iqtidarının" hesabına oliqarx olub.

vətəndaş 2019-08-18 14:15:21

Qüdrət bəy ölkədə əsas 3 amil ölkəni dağıdır məhvə doğru aparır. 1-cisi. Ölkə quldurcasına talan olunub və bu talaqn indi də davam edir. Milli sərvət,xalqın pulu daşınır xarici ölkələrə. Talançıları isə cəzalandıran yoxdur. Dur deyən də yoxdur. 2-cisi regiyonçuluq, klanlar, inhisarçılıq ölkəni işğal edib bütün vəzifə pul biznes onların əlindədir. Qalan əhali isə çox ağır həyat tərzi keçirir, qul kimi işlədilir heç kim heç nə edə bilmir. 3-cüsü isə 26 ildir torpaqlarışız işqal aqltındadır. Bu torpağın qanını soranlar torpağı almaq istəmirlər və yüz bəhanə gətirir nağıllar danışılır. Qüdrət bəy deyin görə bunların sonu necə olacaq. Bəlkə düz demirəmsə yaz bura ki ay vətəndaş sən düz demirsən.

Müfəttiş 2019-08-18 14:15:21

Allah eləməsin ölkədə qarışıq olsa, dabanına tüpürüb qaçanlardan birincisi elə deputatlar olacaq.İqtidar deputatlara etibar etməsə daha hörmətli olar...

omer 2019-08-18 14:15:21

Deyesen heqiqeten savadli ve bacariqli bir insan utancaqligin itirmek uzredir .heyf.heyfki Qudret bey savadini ve bacarigini xalqinin rifahi ucun yox,ancaq ozunun rifahi ucun xercledi

vetendash 2019-08-18 14:15:21

Q. Həsənquliyev, NIYE, "ölkədəki demokratik inkişaf" barede, sen cemiyyete YALAN DANISHIRSAN, realliqda, BIR INSANIN SOSIAL SHIKAYETINE gore, derhal onun uzerine kuchede, 5 - 6 nefer polisler HUCUM edirler, KOBUD FIZIKI GUC TETBIQI ile, kuchede BIR INSANI SURUKLEYIRLER ve HEBS EDIRLER, budurmu , senin adlandirdiqin "ölkədəki demokratik inkişaf"...? Seni TENQID edenlere, NIYE, sen NIFRET EDIRSEN ? .....

qulu 2019-08-18 14:15:21

...Kimi nəzərdə tutub danışır bilmirəm amma o iyrənc xarakterlərin hamısı .....

Qüdrət bəyə 2019-08-18 14:15:21

Qüdrət bəy,bəs ölkəni soyub talayan,milyardlarını avşorlarda gizlədənlər, xaricə daşıyanlar,hansı tərbiyənin sahibidirlər?Axı onların hamısı Sizin YAP-şılar,iqtidarın yüksək vəzifəliləridirlər.

yadına salsın 2019-08-18 14:15:21

Kimin yadındadırsa bir yazSIN görək. Kimlər deputat təyin edilənə kimi kimin partiyasında müavin olub və necə oldu ki o vaxtki rəhbərini deputat qoymayıbar, ancaq onları qoyublar.Hansı yaxşı işlərinə görə

Etibara 2019-08-18 14:15:21

Onlar üçün tərbiyəli ünsürlər talançılar korrupsionerlər rüşvətxorlar və başqa bu kimi müsbət kriteriyalı məxluqlardır. Nə vətən, nə torpaq. Pul, vəzifə

Son yazılar