Ermənistan “140 hektar torpaq almışıq” xəbərini yaydı - Müdafiə Nazirliyinin mövqeyi

Azərbaycan Dövlət Sərhəd Xidmətinin qüvvələrinin Ermənistanla sərhədin Qazax rayonu istiqamətində irəliləməsi və yeni strateji, taktiki mövqelər tutması açıqlanandan sonra düşmən ölkədə də hərəkətə keçiblər. Virtualaz.org xəbər verir ki, erməni tarixçi və hərbçi ekspert Artur Yegizaryan özünün Facebook səhifəsində “Azərbaycanla sərhəddə 140 hektar torpaq azad etməyə nail olduqlarını” yazıb.

Yegizaryanın sözlərinə görə, bununla da erməni hərbçiləri nəinki azərbaycanlıların qaz kəmərini və Gürcüstan-Ermənistan avtomobil yolunu nəzarətə almaq cəhdinin qarşısını alıblar, eləcə də Azərbaycan-Gürcüstan şosse yolunu nişangaha götürə biliblər.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan isə bu xəbərləri şərh edərkən “konkret hektarlar barədə” danışmaq istəmədiyini deyib. Amma bildirib ki, mövqelərin möhkəmləndirilməsi daimi prosesdir və müxtəlif istiqamətlərdə aparılır. “O cümlədən Naxçıvan istiqamətində”,-Ovanisyan deyib.

Virtualaz.org erməni tərəfinin bu iddiaları ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin mövqeyini alıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı bildirib ki, erməni tərəfinin təbliğat məqsədi ilə yaydığı bu məlumatların heç bir əsası yoxdur.

“Tam fərqli olaraq Azərbaycan ordusunun bölmələri cəbhənin bütün istiqamətlərində düşmənin istənilən fəaliyyətini müxtəlif çaplı silahların nişangahı altında saxlayır, vizual və xüsusi texniki müşahidə vasitələri ilə izləyir, eləcə də onun istənilən hərəkətinin qarşısını hər an almağa hazırdır. Erməni tərəfinin yaydığı bu kimi xəbərlər gülüş doğurur. Biz bu cür məlumatlara, onları yayanlara, xüsusən də inananlara acı təəsüf hissi ilə yanaşırıq”,-açıqlamada deyilir.

635x100

Şərhlər

EJDER 2019-08-18 15:31:22

MALADES,CAQIRIN LAZIMI,HANI LAZIM.XOWQEDEMDEN XAHIW EDIN ,LAZIMI TAPSIN.QAJQIN ZAURADA PODXOD EDIN,BELKE LAZIMI O ,TAPDI

Elli 2019-08-18 15:31:22

malades

Oqtay 2019-08-18 15:31:22

erməni 20%torpağı tutub biz isə postu qabağa çəkmişik.BƏRƏKƏLLAH bizdim fərasətimizə doğurdan da Molla Nəsrəddinin nəvələriyik deyəsən biz

Son yazılar