Fransada bazar yanıb

Dərc olunub: 18/08/2019 - 21:19

fireman_219018Parisdə şəhərin ətrafında yerləşən Levallua-Perre şəhərindəki bazarda yanğın baş verib.Trend-in məlumatına görə, şəhər hakimiyyəti yaxınlıqdakı ərazilərin sakinlərini təxliyə etməyi tövsiyə edib.

Bildirilir ki, “Anri-Barbyus” bazarında güclü yanğın baş verib. Həmin bazar “Qabriel-Peri” idman mərkəzinin yaxınlığında yerləşir.

Yanğınsöndürmədə 160 yanğınsöndürən iştirak edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.








loading...


Fikrinizi bildirin