Xaçmaz və Xızıya yeni polis rəisləri təyin olunub
Baxiş sayı:
Dərc olunub:
18/08/2019 - 19:54
Xaçmaz və Xızı rayon Polis şöbələrinə yeni polis rəisləri təyin olunub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən Xızı RPŞ-nin rəisi Həmid Həsənov Xaçmaz RPŞ-nin rəisi təyin olunub.
Suraxanı rayon Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin rəisi Faiq Quliyev isə Xızı RPŞ-nin rəisi təyin edilib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.