Qax sakini Şəkidə faciəvi şəkildə öldü

Qax sakini Şəkidə faciəvi şəkildə ölüb.

"Report"un məlumatına görə, hadisə bu gün Yevlax-Zaqatala-Gürcüstan yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, magistral yolda Qax sakininin idarə etdiyi "QAZel"markalı avtomobildə nasazlıq yaranıb. O, avtomobili "KamAZ" markalı yük avtomobilinə qoşaraq ərazidən aparıb.

Sürücü daha sonra qoşqunu açmaq istəyərkən avtomobillərdən biri hərəkətə gəlib və yük avtomobilləri arasında qalan sürücü əzilərək faciəvi şəkildə ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.

Məlumata görə, dünyasını dəyişən şəxs "QAZel" markalı avtomobili ilə meyvə-tərəvəz daşımaqla məşğul olub.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

davud 2019-08-18 20:41:28

həmin ərazidə alternativ yol yox idi.həmin ərazidə deyirəm.ondan 100 m öndə və arxada var idi.Allah rəhmət eləsin.

Son yazılar