"Səbail" yeni mövsümə qələbə ilə başlayıb
Baxiş sayı:
Dərc olunub:
18/08/2019 - 22:11
Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun daha bir oyunu keçirilib.
"Report" xəbər verir ki, həftənin üçüncü matçında "Səbail" "Zirə"ni qəbul edib. Bayıldakı "ASCO" arenada baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.
Qarşılaşmanın 79-cu dəqiqəsində Yevgeni Koçuk cərimə meydançasının daxilində əllə oyuna görə təyin edilən penaltini dəqiqə yerinə yetirib.
Qeyd edək ki, açılış turunun 2 oyununda qonaqlar qələbə qazanıb. "Qarabağ" "Keşlə"ni 1, "Sumqayıt" isə "Qəbələ"ni 2 cavabsız qolla məğlub edib. Tura sabah keçiriləcək "Neftçi" - "Sabah" matçı ilə yekun vurulacaq.
Son yazılar
18:12
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
17:07
“Rusiya raketləri azı 3 dəfə Polşa sərhədini keçib” - Ukraynanlılar “vurun” deyir, NATO isə...
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.