Göygöl rayonunda yük maşını yandı - VİDEO

Bakı-Qazax avtomobil yolunda yük maşını yanıb."Report"un məlumatına görə, hadisə magistral yolun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Vüsal Həşimovun idarə etdiyi "MAZ" markalı ot daşıyan yük maşını hərəkətdə olan zaman alışıb. Sürücü hadisə zamanı xəsarət almasa da, maşın yük yerində olan otla bərabər yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar