“Başakşəhər” də “Qalatasaray”la “Beşiktaş”ın taleyini yaşayıb

Türkiyə Super Liqasında I tur davam edir.

APA-nın məlumatına görə, ilk tur çərçivəsində daha 4 qarşılaşma keçirilib.

Ötən mövsümün gümüş mükafatçısı “Başakşəhər” də mövsümə məğlubiyyətlə başlayan digər İstanbul klubları “Qalatasaray” və “Beşiktaş”ın taleyini yaşayıb. “Yeni Malatyaspor”un qonağı olan vitse-çempion səfərdə darmadağına məruz qalıb – 0:3.

İki görüşdə qalib müəyyənləşməyib. “Kasimpaşa” – “Trabzonspor” və “Konyaspor” – “Ankaragücü” matçlarında komandalar hərəyə bir xal əldə ediblər. “Antalyaspor” səfərdə “Göztəpə”dən güclü olub.

Qeyd edək ki, tura avqustun 19-da yekun vurulacaq.

Türkiyə Super Liqası

I tur

18 avqust

“Konyaspor” – “Ankaragücü” – 0:0

“Göztəpə” – “Antalyaspor” – 0:1

Anjelo, 29

“Kasimpaşa” – “Trabzonspor” – 1:1

Kara, 40 – Sorlot, 34

“Yeni Malatyaspor” – “Başakşəhər” – 3:0

Gilyerme, 68, Yahoviç, 87, Fofana, 90

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar