Rusiya meyvə, tərəvəz və güllərin idxalını məhdudlaşdırdı

Dərc olunub: 19/08/2019 - 10:25

295728_res_01Rusiyada fitosanitar qaydalar yenilənib.TASS xəbər verir ki, avqustun 19-dan fiziki şəxslər üçün karantin yönümlü malların sərhəddən keçirilməsinə məhdudiyyətlər tətbiq olunacaq.

Bundan sonra sərnişinlər özləri ilə baqajda 5 kiloqramdan artıq meyvə yaxud tərəvəz apara bilməzlər. Əlavə yük üçün fitosanitar icazəsi lazım olacaq, əks halda o, sahibinin hesabına məhv ediləcək.

Həmçinin gül buketlərinin daşınmasına da məhdudiyətlər tətbiq olunub. Belə ki, istənilən nəqliyyatda sərnişin hərəsində 15 güldən artıq olmayaraq 3 buket apara bilər.








loading...


Fikrinizi bildirin