ABŞ-da kütləvi qətllər planlaşdıran üç nəfər saxlanılıb

ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimai yerlərdə və ya qaldıqları ştatlarda insanları güllələməyi planlaşdıran üç nəfəri saxlayıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı CNN yayıb.

Qeyd olunub ki, həbslər son bir neçə gündə həyata keçirilib. Xüsusəndə Konnektikutda, 22 yaşlı Brandon Vaqşol saxlanılıb. O, “Facebook”-da ictimai yerlərdə olan insanlara atəş açmaq niyyətini bildirib və böyük bir mağaza almaq istəyib. Müstəntiqlər onun evində bir neçə ədəd odlu silah, həmçinin xüsusi avadanlıqlar aşkarlayıb.

Florida ştatında isə şerif köməkçisi 25 yaşlı Tristan Skott Viksi saxlayıb. Gənc oğlanın insanları öldürmək barədə niyyətini polislərə onun sevgilisi deyib. O, azı 100 nəfəri qətlə yetirmək istədiyini və bunun üçün ən münasib yerin məktəb olduğunu bildirib. Ondan ov tüfəngi müsadirə edilib.

Ohayo ştatında isə polis 20 yaşlı Ceyms Patrik Reardonu həbs edib. Polislərin fikrincə, ultra-sağ görüşlərə malik olan gənc Yonqstoun şəhərindəki yəhudi icmasının üzvlərini güllələmək istəyirmiş. Onun evindən bir neçə ədəd odlu silah aşkarlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar