ERMƏNİSTANA GƏRGİN PAYIZ GƏLİR -  Sərksyanın qaçılmaz həbsi,  Azərbaycanın qeyri-adi hərbi fəallığı... 

Ermənistanın Vatikandakı keçmiş səfiri, 2018-ci ildə Ermənistanda inqilabın yetişdiyi, amma başa çatmadığı haqda dünən post edən Mikael Minasyan bu gün “News.am”-a müsahibədə bir sıra maraqlı açqılamalar verib. Birincisi, o, Serj Sərksyanın və bir sıra generalların tezliklə həbsini ağlabatan sayır, ikincisi, işarə edir ki, Ermənistanın yeni hökuməti, ən azı, üç önəmli məsələni həll etməlidir – Amulsar, İstanbul konvensiyası və Artsax (Dağlıq Qarabağ-tərc.) problemini.

ERP-nin vitse-prezidenti Armen Aşotyan da bundan sonra “Serjin xalqın xatirinə həbsdə əyləşməyə hazır olduğu” və Serj Sərksyanın həbsinin “geri hesablamanın” başlandığı atəş ola biləcyi haqda bildirib.

Minasyan və Aşotyanın bəyanatlarının tonuna görə, Serj Sərksyanın həbsi, praktik olaraq, həll olunub. Və Ermənistanın bir sıra siyasi, informasiya və biznes çevrələrinə Minasyanın təsir imkanları nəzərə alınarsa, istisna deyil ki, Ermənistanda bununla hansısa proseslərə start veriləcək. Yönlər göstərilib – Amulsar, İstanbul konvensiyası və Artsax problemi.

Amulsara gəlincə, hər şeyə əsasən, mədənin istismarı üzrə hökumətin  müsbət qərarı, ekoloqlar və ictimai qrupların polislə toqquşmaya gətirə biləsi sərt müqaviməti gözlənilir.

İstanbul konvensiyasının mümkün ratifikasiyası da siyasi qarşıdurma vasitəsinə çevrilir: konvensiyanın mahiyyəti, demək olar, müzakirə olunmur və söhbət daha çox iğtişaşlar törədəcək hansısa etirazlara hazırlıqdan gedir.

Artsax probleminə dair isə sərhəddə öz ərazilərini tutan, buna görə sərhədçilərə general rütbəsi verilən Azərbaycanda qeyri-adi fəallıq görmək olar. Bundan başqa, Azərbaycan KİV-lərində Nikol Paşinyanın “Artsax – Ermənistandır və nöqtə” bəyanatının danışıqlar prosesini batırdığından xəbər verdiyi haqda ideya yaradılır ki, bu da eskalasiyanın artmasına gətirər. Bakı Rusiya ekspertlərini yardıma çağırmağa, onları dili ilə Nikol Paşinyana danışıqlar formatını dəyişdirməyin yolverilməzliyi “xəbərdarlığı” etməyə çalışır.

Ermənistanın əvvəlki hakimiyyəti Nikol Paşinyanın bəyanatını birbaşa pisləməyib, amma eskalasiya və ya tənzimləmədə arzuolunmaz proseslər halında onu ittiham etmək bəhanəsini qaçırmayacaq.

Son həftə hadisələrinin mozaikasına əsasən, güman etmək olar ki, Ermənistanın payızı gərgin olacaq. Xüsusən də oktyabrın 1-də İrəvanda AİB sammiti baş tutacağına və Rusiya və Ermənistan KİV-lərində Putinin İrəvanda Robert Koçaryanla görüşmək istədiyi haqda məlumat güclü şəkildə şişirdildiyinə görə.

Naira Ayrumyan

lragir.am, 18.08.2019

Tərcümə Strateq.az-ındır.

 

635x100

Şərhlər

RF ANTİ-TERROR ƏMƏLİYYATI: 2019-08-19 18:34:16

Soçi aeroportunda işdən çıxarılan ermənilər millətlərarası ədavəti qızışdırırlar Rusiyanın Soçi şəhərindəki beynəlxalq hava limanında işləyən erməniləri kütləvi şəkildə işdən qovublar. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, bu işdənçıxarılmalar ilə bağlı Ermənistanın ombudsmanı Arman Tatoyan Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkovaya müraciət edib. Ermənilər iddia edirlər ki, rusiyalı oliqarx Oleq Deripaskanın “Bazel Aero” şirkətinə məxsus olan aeroportda erməni millətindən olan 23 şəxsi milli mənsubiyyətinə görə işdən çıxarıblar. Şirkətin mətbuat katibi Anna Şalimova isə bildirib ki, ermənilərin iddiaları həqiqətə uyğun deyil, hava limanında bir çox millətlərin nümayəndələri çalışır və işdən azad olunanlar Rusiya qanunvericiliyinə uyğun olaraq vəzifələrindən çıxarılıblar. O əlavə edib: “Lakin bir qrup şəxs milli məsələdən istifadə edərək özləri üçün xüsusi şərait yaradılmasını tələb ediblər və aeroport rəhbərliyini şantaj etməklə məşğuldurlar. Biz hesab edirik ki, bu qrup millətlərarası nifrət atmosferi yaratmaq istəyirlər”. Soçi şəhərinin yerli mətbuatında dərc olunan xəbərlərdə isə qeyd olunub ki, keçmişdə aeroportda yüksək gəlirli vəzifələri ələ keçirən ermənilər guya milli mənsubiyyətə görə təqibə məruz qaldıqlarını bildirərək Rusiyanın müxtəlif instansiyalarını saxta bəyanatları ilə əldən salıblar. Bildirilir ki, işdən çıxarılan “əzabkeş xalqın” nümayəndələri hava limanı əməkdaşlarının cəmi 3 faizini təşkil ediblər.

Oqtay 2019-08-19 18:34:16

Bu avara yazıların bizə nə dəxli var.Hara fırlasan torpaq onlardadır və can başla məskunlaşırlar .Ondan yazın ki bizim hakimiyyət nə fikirləşir ?Fikirləşirmi ?

Son yazılar