Nə qədər mənzilə müsbət rəy verilib?

Azərbaycan Prezidenti İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının tələblərinə uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırlanmış müsbət rəylərin əsasında indiyədək 122 ünvanda çoxmərtəbəli yaşayış binalarının istismarına icazə verilib.

Bu barədə “Report”a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu bildirib.

Onun sözlərinə görə, bu, nəticə olaraq 20 530 ailənin mənzil hüququ ilə bağlı probleminin öz həllini tapacağı deməkdir: “Ümumiyyətlə, avqustda 11 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binalarının istismarına icazə verilib. Yaxın günlərdə bu siyahıya daha 7 ünvan əlavə ediləcək".

635x100

Şərhlər

t.ədalət 2019-08-19 18:31:23

Bəs, məktəblərin , uşaq bağçalarının həyətində və istirahət parklarında tikilən,hakimiyyət yetkilkiləri tərəfindən müdafiə edilən qanunsuz binalar haqqında hansı qərar çıxarılacaq?Xalqın hiddətinə səbəb olan qanunsuz tikililərin tanınması dövləti nüfuzdan salan məsələdir.Bu binaların istismara qəbul edilməsi,dələduzların höluçeti öz əməllərinə şərik etməsi deməkdir.

Son yazılar