Yeni Zelandiyada adam boyda pinqvinlər yaşayıb 

Yeni Zelandiyadan olan alimlər təxminən, yaşlı adam boyunda pinqvinin qalıqlarını müəyyən ediblər. Bu varlıqlar sözügedən ərazilərdə paleosen dövründə, yəni təxminən 60 milyon il əvvəl yaşayıblar. Bu barədə Britaniyanın «The Independent» nəşri xəbər verib.

«Crossvallia waiparensis» adlandırılan pinqvinlər müasir dəniz quşlarının («imperator pinqvinləri») ən irisindən 30 santimetr hündür və onlardan iki dəfə ağır olublar. Alimlərin məlumlatına görə, bu növün nümayəndələrinin boyu 160 santimetrə, çəkisi isə 80 kiloqrama çatır.

İstisna deyil ki, pinqvinlərin bu ölçülərə çatmasında okeanlarda bəzi nəhəng balıqların və digər yırtıcı dəniz heyvanlarının yox olmasının rolu var.

Kenterberiysk muzeyinin böyük kuratoru Pol Skofildin fikrincə, tapıntı Yeni Zelandiya və Antarktida arasında əlaqənin nümayiş olunmasına da kömək edir. Belə ki, nəhəng pinqvinin qalıqları 2000-ci ildə sözügedən ərazilərin hər ikisində tapılıb.

AzPolittka.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar