“Neftçi” çempionatın ilk turunda qələbə qazana bilməyib

Dərc olunub: 19/08/2019 - 22:17

e2e87af6-32db-43de-ac50-6cf913de9c41Futbol üzrə Azərbaycan Premyer Liqasında I tura yekun vurulub.

“Report”un məlumatına görə, turun sonuncu matçında “Neftçi” “Sabah”ı qəbul edib.

“Bakcell Arena”da təşkil olunan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Görüşdə ilk qol 33-cü dəqiqədə vurulub. “Sabah”ın heyətində Rəşad Eyubov qapıçı ilə təkbətəkdən qalib ayrılıb. 40-cı dəqiqədə Soni Mustivar flaqmanın bərabərlik qoluna imza atıb. Görüşün ikinci yarısı qarşılıqlı hücumlar şəraitində keçsə də, tərəflər meydanı heç-heçə ilə tərk edib. Beləliklə çempionluğa iddialı “Neftçi” ilk turda iki xal itirib.

İlk 3 oyunda “Keşlə” evdə “Qarabağ”a, “Zirə” səfərdə “Səbail”ə 0:1, “Qəbələ” öz meydanında “Sumqayıt”a 0:2 hesabı ilə uduzub.






loading...


Fikrinizi bildirin