Masallıda 11 gün əvvəl toyu olan şəxs çayda boğulub

Masallı rayonunda istirahət mərkəzində bədbəxt hadisə baş verib.

"Report"un məlumatına görə, hadisə "İstisu" istirahət mərkəzində qeydə alınıb.

Belə ki, Cəlilabad rayonunun Bədirli kənd sakini, 1996-cı il təvəllüdlü Zamin Seyfulla oğlu Baxışov Viləş çayının istirahət mərkəzinin ərazisindən keçən hissəsində çimərkən dünyasını dəyişib.

İlkin ehtimala görə, o, ürəktutmasından vəfat edib.

Mərhumun avqustun 7-də toyu olub. O, istirahət mərkəzinə ailəsi ilə birlikdə gedibmiş.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar