Sabirabadda 34 yaşlı kişi özünü asıb

Sabirabad rayonunda intihar hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Kürkəndi kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Əsədov Qismət Gülağa oğlu həyətdəki yarımtikilidə özünü asaraq intihar edib. Hələlik intiharın səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar