Çin klonlaşdırılmış pişiklərin kütləvi ticarətinə başlayır
Baxiş sayı:
Dərc olunub:
20/08/2019 - 09:39
Çinin "Sinogene" şirkəti yaxın vaxtlarda klonlaşdırılmış pişiklərin kütləvi ticarətinə başlayacaq. “Report” TASS-a istinadən xəbər verir ki, şirkət rəhbərliyi heyvanın genetik nüsxəsinin uğurla təkrarlanmasından sonra belə bir qərar qəbul edib.
Bununla belə, "Sinogene"də pişiklə kifayətlənmək niyyətində deyillər. Gələcəkdə klonlaşdırılmış at və poçt göyərçinlərinin kütləvi "istehsalı"na başlanması nəzərdə tutulur.
İlk klonlaşdırılmış pişik balası Sarımsaq adını alıb. O, bir ay əvvəl doğulub, lakin doğum xəbəri xeyli sonra, heyvan öz bacarıqlarını yaradıcılarına göstərə bildiyi vaxtda elan olunub.
İnsanlar öz sevimli ev heyvanlarını 35,4 dollara ala biləcəklər.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.