ABŞ Cəbəllütariqin İran tankerini azad etməsindən təəssüflənib

Birləşmiş Ştatlar Cəbəllütariq hökumətinin daha əvvəl saxlanılmış "Grace 1" adlı İran tankerinin azad olunması barədə qərarını təəssüf hissi ilə qarşılayıb.

“Report” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.

"Belə olması təəssüf hissi doğurur", — deyə o, "Fox News"a müsahibəsində bildirib.

Pompeonun sözlərinə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu Tehranın bir tankerlə daşınan neftin satışından əldə edə biləcəyi vəsait sayəsində “öz terror kampaniyasını davam etdirmək üçün daha çox pul, rifah və daha çox ehtiyata sahib olacaq".

İyulun əvvəlində Böyük Britaniya hərbçiləri tərəfindən Suriyaya neft aparmaqda şübhəli bilinərək saxlanılan İranın "Grace 1" gəmisi Cəbəllütariqi tərk edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar