Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotunun nəşi tapılıb

Bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.

Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Allah rəhmət eləsin!

* * *

Qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotunun nəşi tapılıb.

Pilotun qayınatası Qabil Hüseynli APA-ya bildirib ki, Rəşad Atakişiyevin meyitinin qalıqları tapılaraq sudan çıxarılıb.

Sabah səhər Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində pilotla vida mərasimi keçiriləcək.

Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

635x100

Şərhlər

Köhnə azərbaycanlı 2019-08-20 13:09:13

ALLAH rəhmət eləsin. Vətən sağ olsun. Ailə üzvlərinə səbir diləyirəm. ALLAH balalarını saxlasın. AMİN.

vuqar 2019-08-20 13:09:13

SEVINCINIZ-SEVINCIMIZ KEDERINIZ-KEDERIMIZDIR EZIZ MILLI ORDUMUZUN NUMAYENDELERI! BU KEDERLI GUNDE MERHUM RESAD ATAKISIYEVIN AILESINE YAXINLARINA MILLETIMIZE DERIN HUZNLE BASSAGLIGI VERIRIK YERI CENNET OLSUN ALLAH BALALARINA YARDIMCI OLSUN! GUNAHKARLARIN TEZLIKLE IFSA OLUNUB CEZALANDIRILMASINI ARZU EDIRIK! DUSMEN KIMDIR? DOST KIMDIR? ALLAH SENE REHMET ELESIN QARDASIM! SEN EBEDI BU MILLETIN QELBINDE YASAYACAQSAN!

Ədalət 2019-08-20 13:09:13

Allah rəhmət eləsin,yaxinlarina səbr versin

Son yazılar