I yarımillikdə Azərbaycana 235 mln dollar dəyərində avtomobil idxal edilib

Dərc olunub: 20/08/2019 - 13:35

avtomobill2019-cu ilin I yarısında Azərbaycana $234 mln. 921 min dəyərində minik avtomobilləri idxal edilib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 1,6 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

“Yanvar-iyun aylarında ölkəyə 16,965 min ədəd minik avtomobili (artım 2 dəfə) gətirilib”, – deyə məlumatda bildirilir.

Hesabat dövründə Azərbaycana $25 mln. 65,1 min dəyərində (artım 1,6 dəfə) 1,593 min ədəd yük avtomobili (artım 1,6 dəfə), eləcə də $5 mln. 975,7 min dəyərində (artım 46,8%) 101 ədəd avtobus (artım 1,7 dəfə) gətirilib.

2018-ci ildə ölkəyə gətirilən avtomobillərin ümumi dəyəri ilk dəfə açıqlanıb. Ötən il respublikaya $407 mln. 634,8 min dəyərində minik avtomobilləri gətirilib ki, bu da 2017-ci ilin göstəricisindən 1,9 dəfə çoxdur. İdxal olunmuş avtomobillərin sayı 26,147 min ədəd təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 2,3 dəfə çoxdur.

Bundan başqa, 2018-ci ildə Azərbaycana $33 mln. 241,6 min dəyərində (artım 2 dəfə) 2,3 min ədəd yük avtomobili (artım 1,9 dəfə), $15 mln. 874,8 min dəyərində (artım 43,4%) 297 ədəd avtobus (artım 60%) idxal olunub








loading...


Fikrinizi bildirin