“MİQ-29”un “qara qutu”su zədələnib - Ukraynadan mütəxəssislər dəvət edildi

Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "MİQ-29" təyyarəsinin "qara qutu”sunu tədqiq etmək üçün Ukraynadan mütəxəssislər cəlb olunub.

"AzPolitika" xəbər verir ki, bunu "Yeni Sabah”a bu gün nəşi tapılan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatası, keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.

Onun sözlərinə görə "qara qutu”nun bəzi hissələri zədələnib.

"Zədələnmiş hissələr bərpa ediləndən sonra "qara qutu” tədqiq ediləcək. O zaman hadisənin səbəbləri barədə fikir söyləmək olar”,- deyə keçmiş müşavir bildirib.

635x100

Şərhlər

fuad 2019-08-20 14:54:30

Allah qeni-qeni rehmat etsin.Cox heyf.

x 2019-08-20 14:54:30

Azerbaycanimizin bele ogullari itiren vaxti deyil. Heyf Cox Cox heyf. Mekanı cennet olsun. Veten başın sağ olsun

Son yazılar