"Bir pəncərə" sisteminin ölkə üzrə tətbiqinin genişləndirilməsi müzakirə olunur

Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİT KM) Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın 2019-cu ilin ikinci yarım illiyi üzrə işçi qrupunun İcra və Kommunikasiya Planlarının icrasına başlanılıb.

Plan çərçivəsində ilk iclas Komissiyanın "Tikinti üçün icazələrin alınması" işçi qrupunun tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsi sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarım illiyi üçün İcra və Kommunikasiya Planı əsasında tədbirlərin icrasına həsr olunub. Mərkəzin direktoru Vüsal Qasımlı iclasda bildirib ki, 2019-cu ilin əvvəlində istifadəyə verilən yeni rəqəmsal elektron sistemlərin tətbiqinin əhatə dairəsinin daha da genişləndirilməsi və inkişaf sahələrinin müəyyən olunması prioritet istiqamət olub.

Komissiyanın "Tikinti üçün icazələrin alınması" işçi qrupunun iclasında Bakı şəhəri üzrə istifadə edilən "Bir pəncərə" sisteminin ölkə üzrə tətbiqinin genişləndirilməsi, yerli icra hakimiyyəti orqanlarının həmin sistemə inteqrasiya, ekspertizası tələb olunan obyektlərin tikintisinə icazə üçün elektron müraciət sisteminə dair texniki tapşırığın hazırlanması ilə bağlı görüləcək işlər müzakirə olunub. Müzakirə zamanı qeyd olunub ki, Bakı şəhərində və regionlarda təchizat müəssisələri tərəfindən Plan üzrə mütəmadi maarifləndirmə işləri aparılır.

Bundan başqa, sahibkarlıq subyektlərinin daha geniş məlumatlandırılması üçün ictimai birliklər , biznes assosiasiyaları ilə görüşlər keçiriləcək. Bu sahədə mövcud problemlər və təkmilləşdirilmə imkanları müəyyən olunacaq.

İclasda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib ki, birinci yarım illik üzrə keçirilmiş planlar uğurlu olub: "Hazırda tikintilərin reyestri aparılır. Reyestri aparılan tikintilər ilə bağlı sənədlərin müsbət dinamikasını izləyirik, iradların əksəriyyəti aradan qalxıb".

O əlavə edib ki, son vaxtlar tikinti ilə bağlı cəza sanksiyaları tətbiq etmirik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar