Gürcüstanın müxalif telekanalında kütləvi ixtisarlara başlanılıb

Dərc olunub: 20/08/2019 - 16:20

525d5be281ee4f5Gürcüstanın müxalif “Rustavi 2″ telekanalında kütləvi ixtisarlara başlanıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə kanalın baş direktoru Paata Salia keçirdiyi brifinqdə məlumat verib. Bildirib ki, işdən çıxarmalara səbəb maraqların uyğun gəlməmisidir. Baş direktor məzuniyyət bitdikdən sonra yeni ixtisarların olacağını da istisna etməyib.

İşdən çıxarılanlar arasında Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədərək 3 ay müddətinə efirdən uzaqlaşdırılma cəzası alan “Postspektrum” verilişinin aparıcısı Giorgi Qabunia da var.








loading...


Fikrinizi bildirin