Donald Tramp 10-cu dəfə baba olub

ABŞ Prezidenti Donald Tramp 10-cu dəfə baba olub.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, onun oğlu Erik Trampın qız övladı dünyaya gəlib.

“Lara Tramp və mən Karolina Doroti Trampı dünyaya gəlməsi münasibətilə təbrik edirik. Biz artıq səni sevirik”, - E. Tramp rəsmi “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, 2017-ci ilin sentyabrında Erik Trampın Erik Lük adlı oğlu dünyaya gəlib. Ağ Ev rəhbərinin ortancıl oğlu Donald Tramp Cunyorun 5 övladı, qızı İvanka Trampın isə 3 övladı var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar