Zakir Həsənov Türkiyə Müdafiə Nazirliyinə təşəkkür edib

Avqustun 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışlarında ölkəmizin müvafiq qurumları ilə birlikdə fəal iştirak edən Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, Müdafiə naziri həlak olan pilot polkovnik-leytenant Rəşad Atakişiyevin ailəsinə, yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verərək qəza baş verdiyi andan bu istiqamətdə həyata keçirilən tədbirlərin daim ölkə rəhbərinin nəzarətində olduğunu xüsusi vurğulayıb.

General-polkovnik Z.Həsənov hadisə baş verən ilk gündən ordumuza dəstək göstərən, xilasetmə əməliyyatlarında iştirak etmək barəsində tərəfimizdən edilən müraciətə dərhal cavab verərək mütəxəssislərdən ibarət qrupu ölkəmizə göndərən Türkiyə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Sonda türkiyəli mütəxəssislərin əzmkarlığını və peşəkarlığını yüksək qiymətləndirən Müdafiə naziri onlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar