İtaliyanın baş naziri istefa verib

İtaliyanın baş naziri Cuzeppe Konte istefa verdiyini açıqlayıb.

APA-nın “Deutsche Welle”yə istinadən verdiyi xəbərə görə, İtaliya baş naziri Senatda çıxışı zamanı bu gün istefa məktubunu prezidentə təqdim edəcəyini bildirib.

Qeyd edək ki, avqustun 8-də "5 Ulduz Hərəkatı"və "Birlik" partiyalarından təşkil olunan iqtidar koalisiyası mövcudluğunu dayandırıb. Bunun səbəbi isə "Birlik" partiyasının lideri və baş nazirin müavini Matteo Salvini ilə digər partiya arasında narazılıq və onun erkən seçki tələbi ilə bağlıdır.

Xatırladaq ki, İtaliyada koalisiya hökuməti 14 aydır qurulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar