Çimərlikdən 40 kilo qum oğurladılar, 6 illik həbs cəzası aldılar

 

İtaliyanın çimərlikləri ilə məşhur olan Sardinya adasından oğurladıqları 40 kilo qumla saxlanılan bir fransız cütlüyün 6 ilə qədər həbs cəzası ala biləcəyi qeyd edilir.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, adı açıqlanmayan cütlük Çia çimərliyindən şüşələrə doldurduqları qumları xatirə olaraq yanlarında aparmaq istədiklərini və bunun cinayət olduğunu bilmədiklərini söyləyib. Polislər isə çimərliklərdə fərqli dillərdə xəbərdarlıq lövhələrinin yerləşdirildiyini, bu səbəbdən də cütlüyün özünü yalandan bilməzliyə vurduğunu deyib.

Cütlüyün Porto Torres limanından Fransanın Toulon şəhərinə gedən bir maşınla gəmiyə minmək üzrə hərəkətdə olarkən saxlandığı açıqlanıb.

2017-ci ildə qəbul edilən bir qanunda çimərliklərdəki qum, dəniz qabıqları dövlət malı kateqoriyasına daxil edilib. Qanunda bu pozuntu üçün 3 min avro cərimə və 1-6 il arasında həbs cəzası nəzərdə tutulur.

İtalyan polisi Sardiniya qumunun internetdə qeyri-qanuni ticarətinin həyata keçirildiyinə diqqət çəkib. Bir polis yetkilisi isə CNN kanalına açıqlamasında bildirib ki, “Sardinya xalqı dəniz qabıqları və qum oğurlayan turistlərə qarşı çox qəzəblidir. Çünki bu, gələcək nəsillərin malını oğurlamaq deməkdir. Bundan başqa, bu oğurluq həssas çevrəmizi riskə atır”.

İtaliyanın hava və dəniz limanlarında kiçik miqdarlarda da olsa, çimərlik qumlarına əl qoyulur. Facebookda bir qrup tərəfindən açılan “Soyulan və yağmalanan Sardinya” adlı bir hesabda qum oğruları ilə bağlı xəbərlər paylaşılır. Səhifənin admini yazıb ki, "Son iyirmi il ərzində onlarla ton məhsul ələ keçirdik. Bunları yay mövsümünün sonunda götürüb, yerlərinə qoyuruq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar