Qubada baş vermiş meşə yanğınları söndürülüb

Dərc olunub: 20/08/2019 - 21:30

145d5c2c6445083Quba rayonunun Zərqava kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Mülki Müdafiə Qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti və Rayon polis şöbəsinin əməkdaşları yanğının qarşısını alıb.

Yanğın nəticəsində dağlıq ərazidə 32 ha quru ot, kol-kos və qurumuş ağacların kötükləri yanıb. Ərazidəki ağaclar və yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.​








loading...


Fikrinizi bildirin