“Şükür Allaha, bizdə oliqarxlar sinfi yoxdur...” -  Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün ölkəsinin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşüb. Virtualaz.org xəbər verir ki, Lukaşenko zala toplaşanların çiyinlərində Belarusun suverenliyinin və müstəqilliyinin dayandığını deyib. Bildirib ki, belarusların yaxın illərdə necə yaşayacaqları məhz onlardan asılıdır.

“Şükür Allaha, biz ölkədə oliqarxlar sinfinin meydana gəlməsinə imkan vermədik, hansı ki, belələri təkcə bu və ya digər situasiyanı deyil, ölkəni də idarə edirlər. Biz quldurlara və cinayətkarlara ölkəni hissələrə bölməyə, həmin hissələrə bizim adamların hesabına parazitlik edərək “krışalıq” etməyə imkan vermədik. Bu, nəinki son dövlərin, eləcə də Belarusun bütün müstəqillik dövrünün ən böyük nailiyyətidir. Və bunu sizlər, hüquq-mühafizə orqanları edirsiniz”,-Lukaşenko bildirib.

635x100

Şərhlər

Heç kim 2019-08-20 23:14:25

LUKO NƏ DEMƏK İSTƏYİRSƏN? BİZDƏ DƏ ELƏ ŞEY YOXDUR. BİZDƏ TAM BƏRABƏRLİK SİSTEMİDİR. HƏTTA NEFTİN QAZIN PULU DA BƏRABƏR BÖLÜNÜR 10 MİLYON ƏHALİ ARASINDA. rÜŞVƏ KORRUPSİYA TALAN BELƏ ŞEYLƏRDƏ BİZİM ÖLKƏYƏ YAD OLAN BİR ƏLAMƏTLƏRDİR.

Son yazılar