"DƏFN MƏRASİMİNƏ GƏLMƏYİN" - Qabil Hüseynlidən çağırış

"Müxtəlif siyasi partiya üzvlərindən və siyasi qruplardan sabah keçiriləcək vida mərasiminə qatılmamağı xahiş edirik".

Bu sözləri Axar.az-a açıqlamasında pilot R.Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli deyib. O, R.Atakişiyevlə vida mərasimindən müxtəlif siyasi məqsədlər üçün istifadə etmək arzusunda olan şəxslərə müraciət ünvanlayıb:

"Ailəmiz çox çətin, ağır və kövrək bir dönəmdən keçir. Ailəmizin, hətta xalqımızın sevimlisi, rəşadətli pilotumuz Rəşad Atakişiyevi itirmişik. Mərhumun dəfni ilə bağlı həyata keçirilən vida mərasiminə dövlət öz dəstəyini göstərir. Müəyyən siyasi partiyaların və qrupların tədbirə qatılmaq və mərasim vasitəsilə siyasi divident əldə etmək istəkləri barədə məlumatlar əldə etmişik. Həmin şəxslərdən artıq dərəcədə xahiş edirik ki, sabah keçiriləcək vida mərasiminə qatılmasınlar. Rica edirəm ki, bu ağrılı günümüzdə bizi başa düşsünlər".

635x100

Şərhlər

Arif 2019-08-20 23:21:38

Allah Rəşadı rəhmət eləsin! ata-anasına ailəsinə səbr diləyirəm Tanrıdan.Qabil Hüseyinlinin verdiyi bəyanət millətimizə dövlətimizə utanvericidir nə dini baxımından nədə ana yasaq baxımından düzgün yanaşma deyil, birdə sizin kürəkəninizdir sizin o evə söz sahibi olmağa icazəniz yoxdur, rəhmətlik Rəşadın nəslinin ağsaqqaları nə isə deyə bilərdi siz yox.Bunun eybi milləti bu vəziyyətə gətirənlərdədir, Qabildə yox bunulada akademikimiz deyir əslində müharibəni ermənilər uduzublar bir sözlə milləti birləşdirin

Cavan 2019-08-20 23:21:38

Allah hərbi pilotumuza rəhmət eləsin.Pilotumuzun atasına,anasına dərin hüznlə baş sağlığı verirəm.Qabil Hüseyinlinin çağrışı isə,baş nazirin müavini Əli Əhmədovun yapçıları digər Azərbaycan vətəndaşları ilə mübarizəyə çağırması kimidir.Ermənilər torpağımızı işğal edib,üstümüzə gəlir bu adam özümüzünkülərlə mübarizəyə çağırır,o birisi isə insanlara yas yerinə gəlməyin deyir.Yəqin ikisi də eyni kənddən çıxıblar,düşüncələri də eynidir.Bu boyda müsibət baş verib bunun danışığına baxın.Ayıbdır,biabırçılıqdır.

Sevda 2019-08-20 23:21:38

Qabil Hüseynlinin bu çağırışı utanc verir.Yas mərasimində iqtidar- müxalifət ola bilməz, hamımız bu vətənin övladlarıyıq.

Alı 2019-08-20 23:21:38

Ailə faciəsindən də yalmanmaq üçün fürsət biləcək qədər ..... bir adam.Zatən bu faciənin əvvəlindən bu adamın faciə yaşamadıgı, bu faciədən mümkün qədər yararlanmaq istədiyi sezilsə də bu qədər türklər demiş ....oldugunu güman etməzdim.Bu insan adına, adətlərimiz adına RƏZALƏTDİR və bu rəzaləti ortaya çıxaran ......AR OLSUN. Buna baxmayaraq təəssüflər ki müharibə araran VƏTƏN yüksək səfiyyəli, profesional bir hərbiçisini itirdi. ALLAH Rəşada rəhmət eləsin, ailəsinə səbr versin.

t.ədalət 2019-08-20 23:21:38

Rəşadın faciəsi bütöv Azərbaycanın faciəsidir.Çünki,o,bir döyüşçüdür.Yas mərasimini "iqtidar" və "müxalifət" arasında bölmək doğru deyildir.Ümummilli hüzn yerini heç kimin üzünə qapatmaq olmaz.Mərasimi siyasiləşdirən elə Qabil müəllimin özüdür.

Corc Oruel 2019-08-20 23:21:38

Camahat nə hayda bu nə hayda?!SADƏCƏ biabırçılıqdı bu müraciət.Təki mandatın sağ olsun.

miri 2019-08-20 23:21:38

Diri ikən ölənlərə Allah rəhm etsin.

NURəddin 2019-08-20 23:21:38

HƏLƏ BELƏ BİABIRÇI ÇAĞIRIŞ EŞİDİLMƏMİŞDİ.BU QONAĞI QAPIDAN QOVMAQ KİMİ BİR ŞEYDİR VƏ HEÇ BİR QAFQAZLIYA, HEÇ BİR MÜSƏLMANA YARAŞAN HƏRƏKƏT DEYİL.GEYİRƏM ALLAH KAFİRİ DƏ BELƏ BİR SİFƏT SAHİBİ İLƏ QOHUM ETMƏSİN. İKİNCİSİ DƏ RƏHMƏTLİYİN VALİDEYNLƏRİ HARDADIR Kİ,BU ADAM ÖZÜNÜ MƏRASİM SAHİBİ KİMİ APARIR.MƏRHUMU DA, ONUN VALİDEYNLƏRİNİ DƏ HÖRMƏTDƏN SALIR. HƏR HALDA ALLAH HƏRBİ PİLOTUMUZA RƏHMƏT ELƏSİN.O DÜNYASINA VERSİN.ÇOX FACİƏLİ BİR ÖLÜMLƏ DÜNYANI TƏRK ETDİ.

Ramin 2019-08-20 23:21:38

dediyi soze bax hele...

Son yazılar