Kişinyov aeroportunu Rotşildə verdilər

Kişinyov Beynəlxalq Aeroportunun konsessiyaçısı və «Avia İnvest» aviaşirkətinin yeni sahibi Rotşildlər ailəsinin nümayəndəsi Nataniel Filir Viktor Ceyms Rotşild olub.

Dünən o, Moldovanın paytaxtına gəlib. Yeni aeroport onda fövqəladə təsəvvür yaradıb və Rotşild hava limanının menecmentini yüksək qiymətləndirib. Bütun bunlar aeroportun saytında xəbər verilir.

«NEWSru.com» nəşri xəbər verir ki, Rotşildin daşınmaz əmlaka investisiya qoyulması məsələləri ilə məşğul olan «NR Investments» strukturu avqustun 19-da «Avia İnvest»in 95,0 faizini alıb.

Bunula yanaşı, Moldova Baş nazirinin müşaviri Kristina Bujor qeyd edib ki, bu sövdə üçün hakimiyyətin razılığı lazım olmayıb.

Xatırladaq ki, «Kişinyov aeroportu» Dövlət Müəssisəsinin 49 illik konsessiyaya verilməsi barədə qərar hələ 2013-cü ilin mayında qəbul olunub.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar