Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub."Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Yasamal rayonunda onaltımərtəbəli yaşayış binasının pilləkən qəfəsinin səkkizinci mərtəbəsində quraşdırılan 8 ədəd elektrik sayğacı və səkkizinci mərtəbəsindən onaltıncı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 24 p.m yanıb.

Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Şaxtadan keçən kabellərin qalan hissəsi, elektrik sayğacları və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar