Hirkan Milli Parkında yanğının söndürülməsinə FHN-in təyyarəsi cəlb olunub

Hirkan Milli Parkında dağlıq zonada dünəndən başlayan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin B-200 tipli təyyarəsi də cəlb olunub.

Bu barədə APA-ya FHN-dən məlumat verilib.

Qeyd edək ki, FHN-in Aviasiya dəstəsinin iki helikopteri də yanğının söndürülməsində iştirak edir.

Avqustun 20-də saat 14:00-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hirkan Milli Parkının Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Mürəkkəb relyefli dağlıq ərazidə quru ot, kol-kos və seyrək ağaclıq yanır.

Yanğının söndürülməsinə FHN-in Aviasiya Dəstəsinin təyyarə və helikopterləri ilə yanaşı, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülkü Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar